“Qarabağ”ın futbolçusu Abdulla Zubirin qardaşı Tarek Zubir də Azərbaycanda oynayacaq.
Sportal.az xəbər verir ki, Tarek “Zaqatala” ilə anlaşıb. O, bu gün birinci divizion klubu ilə rəsmi müqaviləyə qol çəkib.
27 yaşlı sol cinah vingeri Azərbaycana gəlməmişdən əvvəl Gürcüstanda "Rustavi" klubunda oynayıb.

