"Yuventus" mübarizəni dayandırdı, "Çelsi" 1/4 finalda - VİDEO

10:06 - 17 Mart 2022

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Sportal.az xəbər verir ki, baş tutan iki matçdan sonra 1/4 finalın son iki iştirakçısı da bəlli olub.

"Yuventus" Turində İspaniya "Vilyarreal"ını qəbul edib. İlk görüşdəki 1:1 hesablı heç-heçədən sonra öz meydanında 0:3 məğlub olan "qoca sinyora" mübarizəni dayandırıb.

Gecənin digər oyununda İngiltərənin "Çelsi" klubu Fransada "Lill"in qonağı olacaq. İlk oyunda rəqibini 2 cavabsız qolla məğlub edən ingilislər bu matçda 2:1 qalib gələrək adını 1/4 finala yazdırıb.

Daha əvvəl "Mançester Siti", "Liverpul", "Real", "Atletiko" "Bavariya" və "Benfika" növbəti mərhələyə yüksəlmişdi.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

16 mart

"Yuventus" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 0:3
Qollar: J.Moreno, 78 (pen.), P.Torres, 85, Danjuma, 90+1 (pen.)




Baş hakim: Şimon Marçinyak
İlk oyun - 1:1

"Lill" (Fransa) - "Çelsi" (İngiltərə) - 1:2
Qollar: Burak Yılmaz, 38 (pen.) - Pulişiç, 45+1, Aspilikueta, 71

 


Baş hakim: Davide Massa
​İlk oyun - 0:2.

Xəbər xətti