Burak Çempionlar Liqasının tarixinə düşdü

11:14 - 17 Mart 2022

"Lill"in futbolçusu Burak Yılmaz Çempionlar Liqasının tarixinə düşüb.

Sportal.az "Opta"ya istinadən xəbər verir ki, türk hücumçu 1/8 finalın "Çelsi" ilə cavab oyununda fərqlənməklə turnirin pley-off mərhələlərində qol vuran ən yaşlı 3-cü oyunçu olub. O, buna 36 yaş 244 günündə nail olub.

​Burakdan əvvəl Rayan Giqqz ("Mançester Yunayted", 37 yaş 148 gün) və Paolo Maldini ("Milan", 36 yaş 333 gün) bu uğura imza atıb.

Xəbər xətti