Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, “Qarabağ”ın bu mövsüm rəqibləri olmuş “Marsel” və “Bazel” İsveçrədə qarşılaşacaq. Fransa klubu ilk oyunda səfərdə 2:1 hesabı ilə qalib gəldiyindən onları növbəti mərhələ şansları yüksək qiymətləndirilir.
"Roma" isə ilk matçda məğlub etdiyi “Vitess"lə bu dəfə İtaliyada qarşılaşacaq.
İlk oyunda Niderlandda 4:4 oynayan PSV ilə "Kopenhagen" bu dəfə Danimarkada qarşılaşacaq.
UEFA Konfrans Liqası, 1/8 final, cavab oyunları
17 mart
21:45 Alkmaar (Niderland) – Bude Qlimt (Norveç)
Baş hakim: İvan Krujlyak (Slovakiya)
İlk oyun – 1:2
21:45 Kopenhagen (Danimarka) – PSV (Niderland)
Baş hakim: Uilyam Kallum (Şotlandiya)
İlk oyun – 4:4
21:45 Renn (Fransa) – Lester (İngiltərə)
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)
İlk oyun – 0:2
21:45 Bazel (İsveçrə) – Marsel (Fransa)
Baş hakim: Artur Dias (Portuqaliya)
İlk oyun – 1:2
00:00 Gent (Belçika) – PAOK (Yunanıstan)
Baş hakim: Daniel Sibert (Almaniya)
İlk oyun – 0:1
00:00 Roma (İtaliya) – Vitess (Niderland)
Baş hakim: Radu Petresku (Rumıniya)
İlk oyun – 1:0
00:00 Feyenoord (Niderland) – Partizan (Serbiya)
Baş hakim: Entoni Teylor (İngiltərə)
İlk oyun – 5:2
00:00 LASK (Avstriya) – Slaviya (Praqa, Çexiya)
Baş hakim: Laurense Visser (Belçika)
İlk oyun – 1:4
