Azərbaycanda oynayacaq Zubirin qardaşı: "Etimad göstərdiklərinə görə..."

13:32 - 17 Mart 2022

“Qarabağ”ın aparıcı futbolçusu Abdulla Zubirin qardaşı Tarek Zubirin Azərbaycan 1-ci divizionunda oynayacağı barədə xəbər vermişdik.

Sportal.az xəbər verir ki, “Zaqatala” ilə müqaviləyə qol çəkən Tarek keçidi barədə şəxsi instaqram səhifəsində paylaşım edərək bunları yazıb:

"Zaqatala"ya qoşulduğuma görə şadam. Mənə etimad göstərdiklərinə görə təşəkkür edirəm. İlk peşəkar müqaviləmi imzalamağa və peşəkar futbol dünyasına yol açdığına görə “Rustavi”yə təşəkkür edirəm”.

Xəbər xətti