"Vest Hem" "Arsenal"ın forvardı Aleksandr Lakazetti transfer etmək istəyir.
Sportal.az "TeamTALK"a istinadən xəbər verir ki, London təmsilçisi fransız üçün hərəkətə keçib.
Yayda azad agent statusu alacaq futbolçunun keçidini pulsuz həll etmək istəyən "Vest Hem" onun özünə illik yüksək maaş təklif edəcək.
Amma forvardın daha iddialı kluba keçmək istəyində olduğu bildirilir.
