Latviya millisinin baş məşqçisi Daynis Kazakeviç Azərbaycan və Küveyt millilərinə qarşı keçirəcəkləri yoldaşlıq oyunları barədə danışıb.
Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis Latviya Futbol federasiyasının rəsmi saytına açıqlamasında bunları deyib:
"Qarşıdakı yoldaşlıq görüşlərində məqsəd Millətlər Liqasına mümkün qədər yaxşı hazırlaşmaqdır. Küveyt və Azərbaycanın rəqib seçilməsindən, həmçinin oyunların təqvimindən razıyam. Ötənilki üslubu nəzərə alsaq, performans və inkişaf üçün bu matçlar bizim üçün vacibdir".
Latviya yığması martın 25-də Küveytlə, 29-da isə Azərbaycanla qarşılaşacaq. Millimizin oyunu Maltada baş tutacaq.
