Türkiyənin "Fənərbaxça" klubunda mövsümün sonunda ayrılıq yaşanacaq.
Sportal.az xəbər verir ki, qapıçı Berke Özer yayda İstanbul təmsilçisini tərk edəcək. Bu barədə "sarı-lacivərtlilər"in prezidenti Ali Koç məlumat verib:
"İki tərəfin də xeyri üçün Berke Özerlə növbəti ildə birlikdə olmamağa qərar verdik".
Qeyd edək ki, Berke Özer "Fənərbaxça"ya 2018-ci ilin yayında "Altınordu"dan transfer olunub. 21 yaşlı "əlcək sahibi"nin "kanarya" ilə müqaviləsi 30 iyun tarixində başa çatacaq.
saytlarin hazirlanmasi