Londonu "Ayaks"a dəyişəcək

21:02 - 17 Mart 2022

İngiltərənin "Tottenhem" klubunun hücumçusu Stiven Berqveyn mövsümün sonunda komandanı tərk edəcək.

Sportal.az xəbər verir ki, niderlandlı futbolçunun xidmətində "Ayaks" maraqlıdır. "Tottenhem" forvardın satışından 30 milyon avro qazanmaq niyyətindədir.

Qeyd edək ki, Berqveyn 2020-ci ildə PSV-dən "Tottenhem"ə keçib. 24 yaşlı futbolçu cari mövsümdə London klubunun heyətində meydana çıxdığı 24 görüşdə 3 qol və 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti