"Fənərbağça" almaniyalı məşqçi ilə anlaşdı

23:15 - 17 Mart 2022

"Fənərbağça" Yoahim Lövü baş məşqçi postuna gətirəcək.

Sportal.az "A Spor"a istinadən xəbər verir ki, İstanbul klubu almaniyalı mütəxəssislə razılıq əldə edib.

62 yaşlı məşqçi növbəti mövsümdən "Fənər"i çalışdıracaq. O, rəhbərlikdən "Bavariya"nın futbolçusu Coşua Zirkzenin komandaya keçməsini istəyib.

Löv 1998-1999-cu illərdə də “Fənərbağça”nı çalışdırıb.

Xəbər xətti