Millimizin potensial rəqibi çətin duruma düşdü

13:37 - 18 Mart 2022

UEFA Millətlər Liqasının C Liqasında qalmaq uğrunda pley-off matçında Moldova ilə qarşılaşacaq Qazaxıstan millisi problemlə üzləşib.

Sportal.az xəbər verir ki, qazaxlar Moldovaya çarter reysi ilə uça bilməyib. Buna səbəb isə Moldova üzərində hava məkanının bağlanmasıdı. 

Qazaxıstan millisi Kişinyovdakı oyuna Rumıniyadan yollanacaq. Belə ki, Rumıniyaya çarterlə uçacaq qazaxlar oradan avtobusla Kişinyova doğru hərəkət edəcək.

Qazaxıstan - Moldova cütünün qalibi Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparacaq.

Xəbər xətti