İlham Əliyev Güləş Federasiyasına 1 milyon manat ayırdı

13:54 - 18 Mart 2022

Ölkə Prezidenti İlham Əliyev Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayırıb.

Sportal.az xəbər verir ki, İlham Əliyev bu barədə sərəncam imzalayıb.

​Sərəncamda qeyd edilir ki, 23 yaşadək güləşçilərin Avropa çempionatında yüksək nəticə qazanması ilə əlaqədar 2022-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Güləş Federasiyasına bir milyon manat ayrılsın.

Xəbər xətti