"Barselona"nın hücumçusu Pyer-Emerik Obameyanq Avropa Liqasının 1/8 final mərhələsinin "Qalatasaray"la cavab matçından sonra danışıb.
Sportal.az xəbər verir ki, qabonlu forvard Türkiyədəki 2:1 hesablı qələbəni belə şərh edib:
"Asan oyun olmadı. "Qalatasaray" çox yaxşı müdafiə olunurdu. İlk yarıda çox top itkisinə yol verdik. Fasilədən sonra isə bunu düzəltdik. Əsas odur ki, sonda qalib gəldik. Qol buraxdıqdan sonra oyuna qayıtmaq da böyük işdi. Bərk xarakterə malik komandamız var. Pedrinin vurduğu qol psixoloji olaraq bizə çox kömək oldu. Əla oyun alındı. Bu cür də davam etməliyik. "Barselona" finala qədər irəliləyib, orada da qalib olmağa qadirdi. Yalnız özümüz, öz oyunumuz haqda düşünməliyik. İntensiv oynayanda qalib gəlməyimiz realdı".
