"Səbail"in futbolçusu 4 oyunluq cəzalandı

17:17 - 18 Mart 2022

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda I Divizionun XVIII turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qəbələ-2” – “Səbail-2” oyununda təcili tibbi yardım maşını oyuna gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur (maddə 59.4).

“Qəbələ-2” – “Səbail-2” oyununda “Səbail-2” klubunun 38 nömrəli futbolçusu Zeynəddin Abdurahmanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur (maddə 47.1).

“Qəbələ-2” – “Səbail-2” oyununda matçın 83-cü dəqiqəsində “Səbail-2” klubunun 70 nömrəli futbolçusu Elşad Tağıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 240 manat cərimə olunur (maddə 36.2).

“Qəbələ-2” – “Səbail-2” oyununda “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).

“Sumqayıt-2” – “Neftçi-2” oyununda “Sumqayıt-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).

“Sumqayıt-2” – “Neftçi-2” oyununda “Neftçi-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).

“Zaqatala” – MOİK oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39).

Xəbər xətti