"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Premyer Liqanın 20-ci turun "Keşlə" ilə matçından sonra mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, belaruslu məşqçi görüşlə bağlı bunları danışıb:
- Səfər meydanında rəqiblə qarşılaşmada hesabda geridə düşmək və sonradan hesabı bərabərləşdirmək çətin olur. Ötən dəfə "Neftçi" ilə görüşdə də bu təkrarlanmışdı. Qol buraxdıqdan sonra hesabı bərabərləşdirməyə çalışdıq. Belə olan halda qələbəyə ümid etmək çətin olur.
- “Sumqayıt” sizin gəlişinizdən sonra bir hissə yaxşı oynayır, bir hissə yox. Bu nədən irəli gəlir?
- Psixologiyadan irəli gəlir. Futboçuda özgüvən yoxdusa, bunu düzəltmək çətindi. Vaxt lazımdı. Məşqlərdə və oyunlarda gördüyümüz fərqlidi. Oyunda rəqib bizə nə qədər imkan verirsə, biz tamamilə başqa oyun görürük. Çünki bu futbolçular futbol oynamağı bacarırlar. Son matçlarda da bunu sübut etdilər. Ötən mövsüm komanda medal qazanmışdı, avrokuboklarda oynadı. Bu mövsümki vəziyyətiməz məlumdu. Futbolçular da bunu görür, hərənin öz içində fikirlər yaranır. Bu fikirlər də özünəinamın yaranmasına gətirib çıxarır.
- Milli fasilə işinizə yarayacaq, yoxsa oyun ritminiz itəcək?
- Nəsə demək çətindi. Bütün komandalarda fasilə olacaq. Milli Maltaya gedir. Ora da yaxın ölkə deyil. Bilmirik bizdən neçə futbolçu dəvət ediləcək. Artıq siyahı bəlli olandan sonra əlimizdəki oyunçularla nəsə etməyi düşünəcəyik. Yoxlama matçı da keçirə bilərik, mini toplanış da edə bilərik. Çətin olacaq, ya yaxşı bilmək olmaz. Əlimizdə faktlar olandan sonra biləcəyik.
Mirbağırağa
