“Qalatasaray”ın futbolçusu Kerem Aktürkoğlu Avropa Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə cavab qarşılaşmasından sonra danışıb.
Sportal.az xəbər verir ki, türkiyəli futbolçu Kataloniya klubunu məğlub edə bilməməklərini şərh edib:
“Sona qədər mübarizə apardıq, maksimum dərəcədə keyfiyyətli futbol nümayiş etdirdik. "Barselona" təzyiqimizi hiss edirdi. Oyuna yaxşı başlamışdıq, qol da vurduq. Azarkeşlərin dəstəyi həvəsimizi ikiqat artırırdı. Buraxılan hər iki qolda da bəxtimiz gətirmədi və sonda belə alındı”.
