"Liverpul" ilk dəfədir ki, titul mübarizəsində favoritdi"

23:33 - 18 Mart 2022

"Mançester Yunayted"in sabiq futbolçusu Qari Nevill İngiltərə Premyer Liqasındakı çempionluq mübarizəsindən söz açıb.

Sportal.az xəbər verir ki, "Sky Sports"a danışan veteran futbolçu "Liverpul" haqda xoş fikirlər səsləndirib: 

"Liverpul"un "Arsenal"la oyunları klassik matçlardı. Bəlkə də "Liverpul" titul qazana bilmədi. Çünki "Mançester Siti" kimi möhtəşəm komanda ilə mübarizə aparır. Amma komandaların fərqli yönləri var. Yurgen Kloppun komandası formadadı və qalan oyunlar üçün çox inamlı görünür. Onlar bütün turnirlərdə iştirak edir, Liqa kubokunu qazanıb. Bu komandanın hücum xəttindəki 5 futbolçu ilə bütün oyunları qalib gəlmək mümkündü. Müdafiəçiləri və qapıçıları da əladı. Yarımmüdafiə xətti də təcrübəli oyunçulardan təşkil olunub. Bu mənada, bəlkə ilk dəfədir ki, "Liverpul" titul uğrunda mübarizədə favoritdi".

​Nevill 1992-2011-ci illərdə “qırmızı şeytanlar”ın formasını geyinib.

Xəbər xətti