Nazarov oynadı, komandası uduzdu - VİDEO

00:09 - 19 Mart 2022

Azərbaycan millisində oynamış Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge Aue” ikinci Bundesliqada növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, millimizin futbolçusunun komandası evdə “Karlsruer” ilə oynayıb. Matç Aue klubunun 0:3 hesablı məğlubiyyətilə yekunlaşıb. Start heyətində meydana çıxan yarımmüdafiəçi 69-cu dəqiqədə komanda yoldaşı ilə əvəzlənib. "Erzgebirge Aue" hazırda 18 klub arasında 17-ci pillədə qərarlaşıb.

“Erzgebirge Aue” – “Karlsrue” 0:3
Qollar
: Hoffman 54, Vanitzek 67, Lorenz 85

 

Xəbər xətti