"Qarabağ"ın sona 3-4 tur qalmış növbəti çempionluğunu görəcəyik"

11:49 - 19 Mart 2022

“Qarabağ”ın veteran futbolçusu, “Zirə”nin sabiq çalışdırıcısı Zaur Həşimov Sportal.az müsahibə verib.

- "Qarabağ" hazırda turnir cədvəlinin vahid lideridi. Son turda da "Sabah"a qalib gəldilər. Ümumiyyətlə, necə düşünürsən, sona az qalmayıb, amma artıq "Qarabağ"ın çempionluğuna yəqin ki, şübhən qalmayıb? Onlar bu fürsəti əldən verməz?
- Bəli, hazırda “Qarabağ” turnir cədvəlində vahid liderdi. Hələ “Sumqayıt”a qarşı təxirə salınmış oyunları da var. “Qarabağ”ın real gücünü nəzərə alsaq, qalan turlarda bu üstünlüyü əldən verəcəyini gözləmək olmaz. Fikrimcə, “Qarabağ”ın sona 3-4 tur qalmış növbəti çempionluğunu görəcəyik.

-  Ən yaxşı halda isə, səncə, çempionatda hansı komanda "Qarabağ"a çata bilər, bu mövsüm onlarla çempionluq mübarizəsi apara bilər?
- Kağız üzərində 2-4-cü yerdə olan komandaların hamısının “Qarabağ”a çatmaq ehtimalı var. Bu mənada “Neftçi”nin üstünlüyü daha çoxdu. Onların heyəti “Zirə” və “Qəbələ”dən daha yaxşıdı.

- "Qarabağ"ın bu turdakı rəqibi "Zirə" olacaq. "Qarabağ" bu görüşdə rəqibinə qalib gələ biləcək, yoxsa "Zirə" onları dayandıra biləcək?
- “Zirə” evdə daha yaxşı təsir bağışlayır. Bu tur yaxşı nəticə üçün “Qarabağ”la evdəki oyunda bütün gücünü qoyacaq. “Qarabağ”dan bir xal ala bilsələr bunu uğurlu nəticə saymaq olar.

- Ümumiyyətlə, bir vaxtlar baş məşqçisi olduğun "Zirə"nin bu mövsümkü durumunu necə dəyərləndirirsən? Səncə, Rəşad Sadıqov komandanı avrokuboklara apara biləcək? Yəqin ki, bu baş verəcək?
- Əslində, “Səbail” – “Sabah” matçının nəticəsi də çox önəmlidi. Əgər “Sabah” xal itirsə, böyük mənada çempionatın taleyi həll olunacaq. Yəni ilk dördlükdə olan komandaların kubokda yarımfinalda olduğunu nəzərə alsaq, bu mövsümün taleyinin həll olunduğunu deyə bilərik. Burada məsələ kimin mövsümü neçənci yerdə bitirəcəyi amilidi. Əlbəttə ki, hər məşqçi titul qazanmaq istəyəcək. Bu, medal və kubokdu. Bu amilləri nəzərə alsaq, bizi qarşıda çox gərgin oyunların gözlədiyini deyə bilərik.

- Təbii ki, klublarımızdan daha çox avrokuboklarda nəticə gözləyirik. "Zirə", "Qəbələ", "Neftçi"nina vrokuboklara gedəcəyi gözləniləndi. Səncə, bu komandalar hazırki heyətilə avrokuboklarda nəsə edə bilərmi, yoxsa güclənməkləri mütləqdi?
- Avrokuboklara gedəcək komandaların güclənməsi çox vacibdi. Komandalarımızın keçən ilki çıxışları da buna nümunədi. Daha səviyyəli heyət, daha çox mərhələ keçmək şansı deməkdi.

- "Qarabağ"ın "qızıl dubl" etmək şansı nə qədərdi səncə?
- “Qarabağ”ın qızıl dubl etmək şansı çox yüksəkdi. Heyətinin geniş olduğunu nəzərə almaq lazımdı. Yarımfinal oyunları zaman komandalar sıx qrafikə girəcək. Bu mənada “Qarabağ”ın üstünlüyü olacaq. Çünki rotasiya imkanları genişdi.

- Abdulla Zubiri istəyən klublar çox idi ərəb ölkələrindən. Qarşdaşı isə birinci divizion klubuna gəldi. Bu mənada Zubirin "Qarabağ"da qalacağının göstəricisdimi? Yəni darıxmaması üçün daha yaxşı olacaq?
- “Qarabağ”ın oyunçularına başqa ölkələrdən təklif gəlməsi normaldı. Məncə, oyunçuların bir çoxu “Qarabağ”da yalnız maddiyyatı düşünmür. Bu oyunçulardan biri də Zubirdi. Qardaşının “Zaqatala”ya keçməsi onun “Qarabağ”da qalmasına səbəb kimi görmürəm.

- Ötən mövsümün çempionu "Neftçi" səncə, bu mövsüm niyə lider deyil? Səncə, onlar mövsümü titulsuz başa vurmamaq üçün daha çox kuboka köklənməlidimi?
- “Neftçi”nin yayda güclənməsi lazım idi. Komandanı Namiq Ələsgərov, Anton Krivotsyuk kimi milli oyunçular tərk etdi. Çempionatın əvvəlində xeyli xal itirdilər. Qışda isə Mamadu Kane, Sabir Buqrin kimi futbolçular getdi. Aqil Məmmədov da zədəlidi. Demək olar ki, yeni heyət formalaşmağa başlandı. Bu kimi səbəblərdən “Neftçi” itkilərinə yol verdi. Ancaq hamımız bilirik ki, “Neftçi” hər il titul üçün oynayır. Ona görə kuboku qazanmaq üçün əllərindən gələni əsirgəməyəcəklək.

Xəbər xətti