"Çelsi"nin müdafiəçisi Antonio Rüdiger karyerasını yenidən İtaliyada davam etdirəcək.
Sportal.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, almaniyalı futbolçu "Yuventus"la razılıq əldə edib.
29 yaşlı futbolçu "qoca sinyora" ilə 4 illik müqavilə imzalayacaq. O, Turin klubuna azad agent kimi keçəcək.
Müdafiəçi 2015-2017-ci illərdə "Roma"nın formasını geyinib.
