PSJ-nin futbolçusu Neymar İngiltərə Premyer Liqasında oynaya bilər.
Sportal.az "Fichajes" portalına istinadən xəbər verir ki, braziliyalı "Nyukasl"ın transfer siyahısında yer alıb.
Artıq İngiltərə klubunun rəsmiləri Neymarın meneceri ilə danışıqlara başlayıb. Futbolçunun özünün də mövsüm sonunda komandanı tərk etmək istəyində olduğu iddia edilir.
