İsveçrənin "Qrasshopper" klubunda çıxış edən Renat Dadaşov koronavirusa yoluxub.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusunun İsveçrə çempionatının V turunun "Sion"la matçından (2:2) sonra verdiyi test nəticəsi müsbət çıxıb.
23 yaşlı futbolçu artıq bir həftəlik karantin müddətini tamamlayıb və o, bu gün İsveçrə kubokunda "Vettsvil-Bonştetten"ə qarşı keçiriləcək oyunda iştirak edə bilər.
Renat Dadaşov cari mövsümdə "Qrasshopper"in heyətində meydana çıxdığı 5 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb..