"Mançester Yunayted" "Real"ın futbolçusunu transfer etdi

11:30 - 20 Avqust 2022

İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Real"dan Kazemironu transfer edib. Bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.

 

"Mançester Yunayted" 30 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacaq. İngilislər braziliyalı oyunçu üçün Madrid klubuna 70 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Kazemiro "Real"a 2015-ci ilin yayında "Portu"dan transfer olunmuşdu. Braziliya millisinin üzvü "kral klubu"nun heyətində meydana çıxdığı 336 matçda 31 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti