İngiltərənin "Çelsi" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.
Sportal.az xəbər verir ki, London təmsilçisinin transfer siyahısında yer alan oyunçu "Mançester Yunayted"in kapitanı Harri Maquayrdır. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
İngiltərə millisinin üzvü üçün tərəflər arasında danışıqların başladığı bildirilir.
Qeyd edək ki, Harri Maquayr "Mançester Yunayted"ə 2019-cu ilin yayında "Lester Siti"dən transfer olunub. 29 yaşlı mərkəz müdafiəçisi "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 146 oyunda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
