Dünya çempionatı: iki güləşçimiz finalda

18:42 - 20 Avqust 2022

Bolqarıstanın paytaxtı Sofiya şəhərində 20 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatı davam edir.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın iki yunan-Roma güləşçisi finala yüksəlib.

 

67 kiloqram çəki dərəcəsində yarışan Kənan Abdullazadə yarımfinalda qazaxıstanlı Məhəmməd Qoşqara 9:2 hesabıyla qalib gəlib. Qurban Qurbanov (72 kq) isə ukraynalı İrfan Mirzoyevi 5:0 hesabıyla üstələyib.

 

Dünya çempionatının final görüşləri sabah baş tutacaq.

Xəbər xətti