"Kazemironun gedişi "Real" üçün böyük itkidi"

10:26 - 21 Avqust 2022

"Barselona"nın baş məşqçisi Xavi Kazemironun "Real"dan ayrılmasına münasibət bildirib.

Sportal.az xəbər verir ki, İspaniya mətbuatına danışan Kataloniya klubunun çalışdırıcısı bunları deyib:

"Kazemiro "Real"ın əfsanəsi olmağı bacardı. Amma klub onu əvəzləyəcək oyunçu tapa bildi. İstənilən halda, Kazemironun gedişi "Real" üçün böyük itkidi. O, qələbələrdə böyük pay sahibi olurdu. Bu, klubun qərarıdı".

Xəbər xətti