"Viktoriya" - "Qarabağ" matçının hakimləri açıqlandı

12:36 - 21 Avqust 2022

Çexiyada keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin “Viktoriya” və “Qarabağ” klubları arasında keçiriləcək cavab matçının hakim təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, matçı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Artur Diaşdı, ona yan xətt hakimləri Ruy Tavareş və  Paulu Soareş kömək edəcək. Dördüncü hakim funksiyasını Fabio Verisimo yerinə yetirəcək. VAR hakimləri Luiş Qodinyu və Tyaqu Martinş olacaq.

Avqustun 23-də Plzendə keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı saat 23:00-da start götürəcək. 

Xəbər xətti