Rüfət Dadaşov oynadı, komandası qolsuz bərabərə qaldı

12:52 - 21 Avqust 2022

Almaniyanın Qərb Regional Liqasında 5-ci turun oyunları başlayıb.

Sportal.az xəbər verir ki, Rüfət Dadaşovun formasını geyindiyi "Şalke-2" bu tur səfərdə "Fortuna Köln"lə üz-üzə gəlib. Görüş qolsuz bərabərliklə başa çatıb.

Dadaşov bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. 

Xəbər xətti