Azərbaycan klubu 4 futbolçu ilə anlaşdı

13:58 - 21 Avqust 2022

Yeni mövsümdən birinci divizionda mübarizə aparacaq "İmişli" transferlərə start verib.

Sportal.az saytına verilən məlumata görə, bölgə klubu artıq 4 futbolçu ilə anlaşıb.

Belə ki, Ruhid Usubovun rəhbərlik etdiyi kollektiv "Sumqayıt"dan Qurban Hüseynov, "Xan Lənkəran"dan Mahsun Qəmbərli, "Səbail"dən Rafət Aydınov və "Qəbələ"dən Rafiq Hüseynovu heyətinə cəlb edib.

Onların hər biri ilə bir illik müqavilə imzalanıb. 

Xəbər xətti