Salah: "Mançester Yunayted"ə neçə qol vuracağımı düşünmürəm"

14:58 - 21 Avqust 2022

"Liverpul"un hücumçusu Mohamed Salah Premyer Liqanın üçüncü turunun "Mançester Yunayted"lə matçı haqda danışıb.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, misirli futbolçu görüşün asan olmayacağını bildirib: 

"Mançester Yunayted" top futbolçuları olan top komandadı. Onlar yaxşı start verə bilməsələr də, bizə qalib gəlmək istəyirlər. Mən bu kluba hörmət yanaşıram. İnanıram ki, onlar bizə qalib gəlmək üçün sona qədər mübarizə aparacaq. Çətin olacaq, ona görə də neçə qol vuracağımı düşünmürəm. "Mançester Yunayted"in heyətində çox yaxşı futbolçular var. Onlara yaxşı baş məşqçi rəhbərlik edir. Bütün bunlara görə demək olar ki, matç çox çətin olacaq".

Xəbər xətti