"Tottenhem"in forvardı rekordu sahib çıxdı

15:17 - 21 Avqust 2022

İngiltərə Premyer Liqasının üçüncü turunda "Vulverhempton"u 1:0 hesabı ilə məğlub edən "Tottenhem"də Harri Keyn yeganə qolu vurub.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu qolla rekorda imza atıb.

Belə ki, o 185-ci qoluna imza ataraq Premyer Liqada bir komanda ilə ən çox qol vuran futbolçu adına sahib çıxıb.

Bundan əvvəlki rekord “Mançester Siti”nin sabiq hücumçusu Serxio Aqueroda idi. Argentinalı forvard “şəhərlilər”də 184 qola imza atıb.

Xəbər xətti