"Neftçi"nin legioneri məşqlərə başladı - FOTO

15:37 - 21 Avqust 2022

"Neftçi"nin legioneri Sezar Meza Kolli bərpa məşqlərinə start verib.

Sportal.az xəbər verir ki, paraqvaylı futbolçu komandasının Boludakı təlim-məşq toplanışı zamanı zədələnmişdi.

Əməliyyat edildikdən sonra ölkəsində qalan Sezarın "Neftçi"nin düşərgəsinə nə zaman dönəcəyi hələ ki, dəqiq deyil. Amma futbolçu artıq bərpa prosesini keçməyə başlayıb. 

Xəbər xətti