Kavani hansı komandada oynayacaq?

21:19 - 21 Avqust 2022

"Mançester Yunayted"dən ayrılan Edinson Kavaninin karyerasını hansı komandada  davam etdirəcəyi hələ ki, dəqiq deyil.

Sportal.az "TMW"yə istinadən xəbər verir ki, uruqvaylı forvard bununla bağlı qısa açıqlama verib.

O, hansı komandada oynayacağını dəqiqləşdirmədiyini söyləyib: "Hələ də hansı komandada oynayacağımı bilmirəm. Hansı komanda məni daha çox istəyirsə, ora getməliyəm".

Kavaninin adı "Vilyarreal", "Valensiya", "Nitsa" və "Boka Xuniors"la hallanır.

Xəbər xətti