Qurban Qurbanov: "Daha rahat hazırlaşmaq imkanımız olub"

10:12 - 22 Avqust 2022

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə (Plzen) Çexiyada keçirəcəkləri cavab matçı haqda danışıb.

Sportal.az xəbər verir ki, 50 yaşlı məşqçi Çexiyaya yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Hava limanında jurnalistlərə açıqlamasında bunları deyib:

"Hər şey yolunda və qaydasındadır. Təkcə bizə cavab qarşılaşmasında yaxşı oyun göstərmək qalır. Hazırlığımız pis alınmayıb. "Turan Tovuz"la Premyer Liqanın 3-cü turundakı matç təxirə salınmışdı. Görüşə daha rahat hazırlaşmaq imkanımız olub. Amma yenə də vaxtımız az idi. Hər halda proqramımızda dəyişiklik etdik. Biz daha çox iki gün əvvəl səfərə çıxırıq. Amma bu dəfə bir gün əvvəl Çexiyaya yollanırıq. Əlavə məşqə də ehtiyacımız var idi. Bu səbəbdən belə addım atdıq".

Avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. (report.az)

Xəbər xətti