"Qarabağ"ın kapitanı "Viktoriya"ya qarşı oynayacaq?

09:48 - 22 Avqust 2022

"Qarabağ"ın kapitanı Maksim Medvedev Çexiyada "Viktoriya"ya (Plzen) qarşı Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu buraxmalı olacaq.

Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

O, Medvedevin hələlik kollektivlə məşqlərə qatılmadığını və fərdi hazırlığa yeni start verdiyini söyləyib.

​Avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Xəbər xətti