"Roma"nın yeni heyətinə qatdığı legioner sıradan çıxıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Corcinio Veynaldum məşqdə zədələnib.
31 yaşlı yarımmüdafiəçinin sağ baldır sümüyü sınıb.
Onun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.
Veynaldum müqavilə ilə PSJ-yə məxsusdu və bu yay "Roma"ya icarəyə verilib.
