"Sabah"ın futbolçusu yubiley matçında qol vurdu

11:38 - 22 Avqust 2022

Aleksey İsayev “Sabah”ın heyətində 50-ci çempionat matçına çıxıb.

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının III turuna təsadüf edib.

“Neftçi” ilə ev matçında penaltidən qol vuran yarımmüdafiəçi yubileyinə töhfə verib. Bakı klubunda 3-cü mövsümünü keçirən İsayev 50 qarşılaşmada 8 qola imza atıb.

Aleksey “Sabah”ın tarixində Premyer Liqada 50 və daha çox oyun keçirən 6-cı futbolçudur. Onadək yalnız beş oyunçu “100”ü yarılayıb.

İsayevin hesabı bərabərləşdirdiyi qarşılaşmada meydan sahibləri qələbə qazanıb – 2:1.

Xəbər xətti