Azərbaycan çempionatında 17 ildən sonra yaşanan hadisə

12:12 - 22 Avqust 2022

Misli Premyer Liqasının III turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, “Sabah” – “Neftçi” oyununda bir komandanın qapısına üç penalti zərbəsi təyin olunub. Meydan sahibləri bu üç imkandan ikisindən yararlana bilib.

​Azərbaycan çempionatları tarixində sonuncu belə hadisə 17 il əvvəl yaşanıb. 2005/06 mövsümünün “Gənclərbirliyi” – “Şahdağ” görüşündə də qonaqlar cəzalanıb. 2005-ci il dekabrın 10-dakı görüşdə hər üç penaltini Pathe Banqura yerinə yetirib. Sumqayıt təmsilçisinin hücumçusu bu imkanlardan ikisindən istifadə edib.  Həmin qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.

Xəbər xətti