Qazaxıstan millisinin baş məşqçisi Maqomed Adiyev Millətlər Liqasının Azərbaycanla oyunu üçün yığmaya yeni futbolçuların çağırılmasının əleyhinə deyil.
Sportal.az “KazFootball.kz”a istinadən xəbər verir ki, Adiyev bu məqsədlə Rusiya Premyer Liqasının VI turunun ÇSKA (Moskva)– “Axmat” (4:2) oyununu stadiondan canlı izləyib.
ÇSKA-nın start heyətində Baktier Zainutdinov sol mərkəz müdafiəçisi mövqeyində oynayıb. Marat Bıstrov isə “Axmat”da ilk dəqiqələrdən sağ mərkəz müdafiəçisi mövqeyində çıxış edib.
Hər iki futbolçu Qazaxıstan millisinə namizəd oyunçulardı. Əslində, hər iki futbolçu Qazaxıstan millisində oynayıb. Amma Adiyev uzun müddətdən sonra, onları yenidən yığmaya dəvət edib, ilk dəfə rəhbərliyi altında sınamaq istəyir.
Azərbaycan - Qazaxıstan oyunu sentyabrın 25-də Bakıda keçiriləcək.
