"Sabah"ın fanatları komandanının aparıcı üzvü Coy-Lens Mikelsi qızı dünyaya gəlməsi münasibəti ilə təbrik ediblər.
Sportal.az xəbər verir ki, Masazır klubunun azarkeşləri Misli Premyer Liqasının üçüncü turunun "Neftçi"yə qarşı matçında "Ailəmizə xoş gəldin, Nia Mikels" yazılı banner açıblar.
Mikels matçdan sonra azarkeşlərə təşəkkür edərək, həmin banneri öpüb.
