"ASCO Arena”da quraşdırılmış süni ot örtüyü FİFA-nın “Quality Pro” sertifikatına layiq görülüb.
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, FİFA tərəfindən verilmiş keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.
Xatırladaq ki, adıçəkilən stadionda "Səbail" ev oyunlarını keçirir.
