PSJ-nin forvardı rekorda imza atdı

13:16 - 22 Avqust 2022

PSJ-nin forvardı Kilian Mbappe Liqa 1-in tarixinə adını yazdırıb.

Sportal.az xəbər verir ki, fransalı üçüncü turda "Lill"ə qarşı keçirilən görüşün 8-ci saniyəsində fərqlənib. Bu da Mbappenin liqa tarixində ən erkən qolun müəllifi olmasına şərait yaradıb.

Kilian "Kan"ın sabiq futbolçusu Mişel Rionun 1992-ci ildəki rekordunu təkrarlayıb.

PSJ "Lill" ilə oyundan 7:1 hesablı qələbə ilə ayrılıb. 

Xəbər xətti