PSJ yarımmüdafiəçisini Almaniya klubuna göndərdi

15:30 - 22 Avqust 2022

Almaniyanın "Ayntraxt" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Frankfurt təmsilçisi PSJ-yarımmüdafiəçisi Erik Junyor Dinanı transfer edib. Bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.

 

21 yaşlı futbolçu 2022/2023 mövsümünü icarə əsasında "Ayntraxt"da keçirəcək. Almaniya klubu fransalı dayaq yarımmüdafiəçisini birdəfəlik transfer etmək hüququna sahibdir.

 

PSJ Erik Junyor Dinanı 2021-ci ilin yayından "Dijon"dan transfer edib. O, Paris təmsilçisinin heyətindı meydana çıxdığı 14 matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti