İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" "Ayaks"ın hücumçusu Antoni Mateus dus Santusu transfer edib. Bu barədə jurnalist Nikolo Şkira tvitter hesabında məlumat yayıb.
Premyer Liqa təmsilçisi braziliyalı forvardla 5 illik müqavilə imzalayacaq. "Mançester Yunayted"in 22 yaşlı futbolçu üçün Amsterdam təmsilçisinə 90 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Antoni "Ayaks"a 2020-ci ilin yayında Braziliyanın "San Paulu" klubundan transfer olunub. "Sambaçı" Niderland təmsilçisinin heyətində meydana çıxdığı 82 matçda 24 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
