Türkiyə millisinin üzvü "Qalatasaray"dan gedir

18:05 - 22 Avqust 2022

"Qalatasaray"ın yarımmüdafiəçisi Taylan komandadan ayrılmaq üzrədir.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu əsas heyətə düşmə bilmədiyinə görə daha çox oynayacağı bir komandaya getmək istəyir.

 

Türkiyə mətbuatının yazdığına görə, Antalyalı "Qaziantep" klubuna keçirəcək. O, 2022/2023 mövsümündə icarə əsasında "qırmızı-qaralar"ın formasını geyinəcək.

 

Qeyd edək ki, Taylan Antalyalı "Qalatasaray"a 2019-cu ilin yayında "Erzurumspor"dan transfer olunub. Türkiyə millisinin üzvü son mövsümdə İstanbul təmsilçisinin heyətində 42 matçda meydana çıxıb.

Xəbər xətti