Türkiyənin "Beşiktaş" klubu iki futbolçusunu icarəyə göndərib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Aydın Hasiç və Emirhan Delibaşı "Göztepe"yə icarəyə verib. Hər iki oyunçu 2022/2023 mövsümünü icarə əsasında İzmir təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, "Beşiktaş" Aydın Hasiçi 2020-ci ilin yayında Xorvatiyanın "Dinamo" klubundan transfer edib. 20 yaşlı vinger son mövsmüün ikinci yarısını icarə əsasında "Ümraniyespor"da keçirib.
Emirhan Delibaş isə "Beşiktaş"ın yetirməsidir. 19 yaşlı futbolçu "qara qartallar"ın əsas komandasında debüt etməyib.
saytlarin hazirlanmasi
