Azərbaycan yığması Avstriyaya yollandı

19:14 - 8 Sentyabr 2022

3X3 basketbolu üzrə Azərbaycan milli komandası Avstriyaya yollanıb.

Sportal.az xəbər verir ki, millimiz Qrats şəhərində keçiriləcək Avropa kubokunda çıxış edəcək.

Millimiz D qrupunda Belçika və Niderlandla üz-üzə gələcək. Hər iki görüş sabah baş tutacaq.

Yığma komandanın heyətində Zaur Paşayev, Amil Həmzəyev, Endar Poladxanlı və Cəbrayıl Əkbərov yer alıb.

Xəbər xətti