Qrem Potterin "Çelsi"yə gedişindən sonra "Brayton" rəhbərliyi məşqçilər korpusunda dəyişiklik edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi səlahiyyətlərini gənclər komandasının çalışdırıcısı Endryu Krofts yerinə yetirəcək.
Komandanı Premyer Liqanın 10-cu turunun “Bornmut”la oyununa məhz bu mütəxəssis hazırlayacaq.
Kroftsun köməkçisi isə Adam Lallana təyin edilib.
34 yaşlı futbolçu komandada oynayan məşqçi rolunu oynayacaq.
