"Qalatasaray" iki futbolçusunu icarəyə göndərib.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kristian Luyindama "Antalyaspor"a icarəyə verilib. O, mövsüm sonu İstanbul klubuna qayıdacaq.
Okan Burukun sərəncamında görmək istəmədiyi digər futbolçu isə Emre Akbabadı. Yarımmüdafiəçi mövsümə "Adana Dəmirspor"da davam edəcək.
