"Frayburq"un çalışdırıcısı: "Matçın belə keçəcəyini gözləyirdim"

01:49 - 9 Sentyabr 2022

"Rəqibi analiz etmişdik. Onların UEFA Çempionlar Liqasının təsnifat mərhələsindəki görüşlərini izləmişdim".

Sportal.az xəbər verir ki, bunu "Frayburq"un baş məşqçisi Kristian Ştrayx "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis "Qarabağ"ın çox güclü futbolçularının olduğunu bildirib: "Bu matçın belə keçəcəyini gözləyirdim. İlk 20 dəqiqədə çox yaxşı oynadıq". (Report)

Xəbər xətti